“Arsenal”ın hücumçusu İtan Nvaneri mövsümün sonuna qədər “Marsel”də icarədə çıxış edəcək.
İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı futbolçu oyun təcrübəsi qazanmaq üçün Fransa klubuna göndərilib. Müqavilədə satınalma şərti yoxdur.
“Transfermarkt” Nvanerini 40 milyon avro dəyərində qiymətləndirir.