Yanvarın 21-də Türkiyədə işgüzar səfərdə olan Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədrinin müavini Hakan Karataş ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə hərbi-texniki sahədə təcrübə mübadiləsi və əməkdaşlıq imkanları, o cümlədən müdafiə sənayesində institusional inkişaf, kadr hazırlığı, universitet–sənaye–dövlət əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin müdafiə sənayesinin dayanıqlı inkişafına töhfə verəcəyini vurğulayıblar.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */





