AZ

Baş katib: Bu il həm qadın, həm də gənc parlamentarilərin TÜRKPA çərçivəsində toplantıları nəzərdə tutulub

Bakı, 22 yanvar, AZƏRTAC

Assemblya Şurasının qəbul olunmuş qərarları çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının təşəbbüsü ilə qadın və gənc parlamentarilərin hər il bir dəfə toplantısı keçirilir. Bu il də həm qadın, həm də gənc parlamentarilərin TÜRKPA çərçivəsində toplantıları nəzərdə tutulub.

Bu fikirləri TÜRKPA-nın Baş katibi Ramil Həsən AZƏRTAC-ın sorğusuna cavabında səsləndirib.

Planlanan tədbirlərdən birinin Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Toplantısı olduğunu bildirən Baş katib diqqətə çatdırıb ki, belə fəaliyyətlər üzv ölkələr arasında əməkdaşlıq imkanlarını genişləndirərək davamlı dialoq və ortaq layihələrin həyata keçirilməsinə yol açacaq.

“Bu toplantılar TÜRKPA-nın hərtərəfli parlament diplomatiyasından istifadə istiqamətində nəzərdə tutduğu mühüm addımlardandır. Belə təşəbbüslər həm əlaqələrin gücləndirilməsinə, həm də gənclərin və qadınların idarəetmə mexanizmində söz sahibi olmasına xidmət edir. Eyni zamanda, gender balansının qorunması və digər mühüm məsələlərin müzakirəsi üçün də əhəmiyyətlidir”, - deyə R.Həsən vurğulayıb.

Seçilən
105
azertag.az

1Mənbələr