AZ

Misir Mərdanov bu vəzifəyə TƏSDİQLƏNDİ

Sabiq təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.

Bu barədə Modern.az-a fakültədən bildirilib.

Məlumata görə, M. Mərdanov hazırda Ali riyaziyyat kafedrasının müdiri kimi fəaliyyət göstərir.

BDU-dan o da bildirlib ki, Mexaniki-riyaziyyat fakültəsində bir sıra kafedraların birləşdiriləcəyi və onların adlarının dəyişdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Misir Mərdanov 1998–2013-cü illərdə təhsil naziri, 2013–2025-ci illərdə isə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Seçilən
63
7
modern.az

8Mənbələr