AZ

2025-ci ildən sonra Azərbaycanda süni intellektin hansı istiqamətlərdə potensialı var?

Bakı, 22 yanvar, AZƏRTAC

2025-ci ildən sonra süni intellektdə hansı istiqamətlərin Azərbaycanda real tətbiq potensialı var?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, 2025-ci ildən sonra Azərbaycanda süni intellektin real tətbiq potensialı ən yüksək olan sahələr rəqəmsal dövlət idarəçiliyi, kənd təsərrüfatı və maliyyə sektorudur.

AİKTSA sədri qeyd edib ki, “ağıllı dövlət” konsepsiyası çərçivəsində vətəndaşlara proaktiv xidmətlərin göstərilməsi, işğaldan azad edilmiş ərazilərdə süni intellekt əsaslı aqrotexnologiyaların tətbiqi və banklarda müştəri davranışlarının analizi əsas prioritetlər olacaq.

Bu istiqamətlər həm iqtisadi səmərəliliyi artırmaq, həm də resursların idarə olunmasında insan faktorundan asılılığı minimuma endirmək baxımından ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Seçilən
67
azertag.az

1Mənbələr