AZ

Silsilə oğurluqlar edən şəxslər SAXLANILDI

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinət əşyaları və mobil telefonlarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər  məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb. Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindən maqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinən Ə.Babaşov da polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
75
11
Ajans.az

10Mənbələr