AZ

Aeroportların tikintisi zamanı torpaqların alınması ilə bağlı YENİ QAYDA

Bakı. Trend:

Yeni aeroport və aerodromların tikintisi, dəniz limanınınərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçünalınması mümkün olacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin “Torpaqların dövlətehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət mülkiyyətində olan havalimanlarının (aeroportların) və (və ya) aerodromlarıngenişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və(və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlətehtiyacları siyahısına əlavə ediləcək.

Həmçinin, Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövləttərəfindən mülkiyyət dəniz limanının ərazisinin artırılması, dövlətmülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya)aerodromların genişləndiril-məsi və ya yeni hava limanlarının(aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə dəalınacaq.

Bildirilib ki, beynəlxalq aviasiya təşkilatlarının havalimanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşlarıntəhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, havalimanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarınınyaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarınıntikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsindəbələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurətiortaya çıxır.

Lakin sadalanan məqsədlər üçün torpaqların alınmasının“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda özəksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinintənzimlənməsində və genişləndirmə, tikinti işlərinin operativşəkildə icrasında çətinliklər yaradır.

Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malikobyektlər olduğunu nəzərə alaraq dövlət mülkiyyətində olan havalimanlarının (aeroportların) və (və ya) aerodromların ərazilərinartırılması və ya yeni hava limanlarının (aeroportların) və (və ya)aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçünalınmasının hüquqi əsası formalaşdırılacaq.

Qanun layihəsi hava limanlarının tikintisi və ərazisiningenişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, busahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.

Seçilən
22
21
az.trend.az

10Mənbələr