AZ

Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır

Berlin, 22 yanvar, AZƏRTAC

Ətrafımızdakı dünya misli görünməmiş sürətlə dəyişir. Bu dəyişimin hansı istiqamətdə getdiyini görmək bizi ciddi şəkildə narahat etməlidir. Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır.

AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Avropanın və Almaniyanın bu çağırışlara cavab verəcəyini vurğulayan Kansler bildirib: “Avropa bu mesajı anlayıb. Almaniya da eyni mesajı alıb. Biz bu çağırışlara cavab verməliyik və cavab verəcəyik. Mənim rəhbərlik etdiyim hökumət üzərinə düşən işi layiqincə yerinə yetirəcək, təhlükəsizlik, rəqabətqabiliyyətlilik və Avropanın birliyi ilə bağlı formalaşan iddialı islahat gündəliyini həyata keçirəcək”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
38
1
azertag.az

2Mənbələr