Lerikdə güclü külək başlayıb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, günorta saatlarında Lerik rayonunun Zuvand istiqamətində olan kəndlərdə, əsasən də Çayrud kəndində güclü külək başlayıb.
Sakinlər deyir ki, küləyin sürəti o qədər güclüdür ki, yoldan təmizlənmiş qarı yenidən yola tökür. Yola tökülən qar buz olur.
Axşama doğru rayon ərazisində temperaturun aşağı düşəcəyi proqnozlaşdırılır.
Turab