AZ

Tükənmişlik sindromundan necə xilas olaq? - ARAŞDIRMA

Tükənmişlik sindromu, tez-tez “burnout” adlandırılan hal, müasir dövrün ən geniş yayılmış psixoloji problemlərindən biridir. Uzunmüddətli stress, davamlı yüksək performans tələbləri və emosional gərginlik nəticəsində insanların zehni, fiziki və emosional enerji ehtiyatları tədricən tükənir.Missiya.Az müasir dünyanın bəlasına çevrilən mənəvi çöküntünün səbəblərini araşdırıb.Müasir dünyada iş mühiti rəqabətli və tələbkardır. İnsanlardan daim yüksək performans gözlənilir, iş saatları uzun və fasiləsizdir. Bu vəziyyət, xüsusilə məsuliyyət daşıyan və çox yönlü vəzifələri olan insanlarda davamlı stress yaradır. Texnologiyanın həyatımıza girməsi isə iş və şəxsi həyat arasındakı sərhədləri qarışdırır. Smartfonlar, sosial media və daim əlçatanlıq insanı “heç vaxt istirahət etməyən” vəziyyətə salır və hər an reaksiya vermək təzyiqini artırır.Bundan əlavə, uzun müddət başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tutmaq və sosial gözləntilərə uyğun davranmaq insanın emosional resurslarını boşaldır. Emosional dəstək az olduqda və ya insanlar öz hislərini paylaşa bilmədikdə, tükənmişlik riski daha da yüksəlir. Müasir cəmiyyətdə insanlar tez-tez iş və uğurla öz dəyərini ölçürlər. Əgər özünü dəyərsiz və işinin mənasız olduğunu hiss edirsə, bu həm emosional tükənməyə, həm də psixoloji gərginliyin artmasına səbəb olur.Mütəxəssislər bildirirlər ki, yuxusuzluq, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azlığı və stressin idarə olunmaması tükənmişlik riskini artırır. İnsan həm bədən, həm də zehin baxımından həddindən artıq yük altına düşdükdə, tükənmişlik qaçılmaz olur.Beləliklə, tükənmişlik sendromu yalnız fərdi zəifliyin nəticəsi deyil. Bu, müasir həyat tərzinin, texnologiyanın, iş, sosial təzyiqlərin və emosional yükün birgə yaratdığı təbii bir psixoloji cavabdır. Erkən mərhələdə tanındıqda və düzgün müdaxilə olunduqda, istirahət, emosional dəstək, stress idarəsi və balanslı həyat tərzi ilə tükənmişlik həm önlənə, həm də bərpa oluna bilər.

İlahə QənbərliMissiya.Az

Seçilən
73
missiya.az

1Mənbələr