AZ

Kəşmirdə hərbi maşın dərəyə aşıb - 10 əsgər ölüb, yaralılar var

Hindistanın Cammu və Kəşmir bölgəsində hərbi maşının dərəyə düşməsi nəticəsində 10 əsgər həlak olub, 10 nəfər yaralanıb.

Missiya.Az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. 

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində Casspir markalı gülləkeçirməz hərbi maşın Xanni təpəsində təxminən 60 metr dərinliyindəki dərəyə aşıb.

Bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır. Hadisə yerinə hüquq-mühafizə orqanları və axtarış-xilasetmə qrupları cəlb olunub.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
27
missiya.az

1Mənbələr