ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Transplantasiyada robotik əməliyyatların tətbiqinə son üç il ərzində başlanılıb və bu sahədə beynəlxalq təcrübə formalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair brifinqdə deyib.
Onun sözlərinə görə, yaxın dövrdə Azərbaycanda da robotik böyrək transplantasiyası və digər müvafiq əməliyyatların icrası planlaşdırılır.
Vüqar Qurbanov qeyd edib ki, robotik və minimal invaziv yanaşmalar dar anatomik sahələrdə daha dəqiq və təhlükəsiz cərrahi müdaxilələrin aparılmasına şərait yaradır.
İcraçı direktor əlavə edib ki, yaxın perspektivdə robotik əməliyyatların tətbiq dairəsinin genişləndirilməsi və bu texnologiyaların səhiyyə müəssisələrində mərhələli şəkildə istifadəsi nəzərdə tutulur.
Zeynəb Rzayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.