AZ

​Bu şəhərdə dilənçilər işləyənlərdən çox qazanır

İngiltərənin Valsall şəhəri təkcə paralimpiya oyunlarının keçirildiyi məkan kimi tanınmır. Valsall həm də dilənçilərin işləyənlərdən çox qazandığı şəhər kimi tarixə düşüb.
Metbuat.az xəbər verir ki, dəri istehsalı sayəsində məşhur olan şəhər ötən əsrin doxsanıncı illərində İngiltərənin ən inkişaf etmiş yaşayış məntəqələrindən biri olub. Ölkənin dörd bir tərəfindən insanlar iş və gözəl həyat üçün Valsalla axışıb. Yüksək qazanc, gözqamaşdıran gecə həyatı Valsallı ingilis gənclərinin vazkeçilməz ünvanına çevirib. Şəhərin çöküşü 2005-ci ildən sonrakı dövrə təsadüf edir. Təhsilin səviyyəsinin aşağı düşməsi, kriminal elementlərin sayının sürətlə artması və dilənçilərin meydan sulaması Valsallı dünyanın ən qorxulu şəhərlərindən birinə çevirib. Valsallda hava qaralanda heç kim evindən çölə çıxmağa cəsarət etmir. Çünki evi tərk edən insanların sağ-salamat geri qayıdacağına heç kəs təminat verə bilmir. Valsall indi dilənçilər şəhərinə çevrilib. Orada çox adam dilənçilərin əlini geri qaytarmağa cəsarət etmir. Bu, insan həyatı üçün ciddi risk sayılır. Buna görə də Valsallda dilənçilər işləyənlərdən çox qazanır.

Valsallda azyaşlı uşaqların ciblərində bıçaq gəzdirməsi adı hal sayılır. Bu şəhərdə ilk yardım dərslərində uşaqlara bıçaq yaralarını sarımağın yolları öyrədilir.

Seçilən
67
metbuat.az

1Mənbələr