Tbilisi, 22 yanvar, AZƏRTAC
Gürcüstanda mütəşəkkil radikal qrupun daha iki üzvü tutulub.
AZƏRTAC xəbər verir ki, Tbilisi Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində tutulanlar işgəncə və zorakılıqda ittiham olunurlar.
Saxlanılan hər iki şəxsin yetkinlik yaşına çatmadığı da qeyd olunur.
Gürcüstan polisi bir neçə gün əvvəl də radikal qruplaşmanın 16 üzvünü ələ keçirmişdi. Tbilisi Şəhər Məhkəməsi yanvarın 18-də onların hər biri haqqında həbs qəti-imkan tədbiri seçib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi