AZ

Tarixin 22 yanvarı...

Tarixdə bəzi günlər istər bir ölkənin, istərsə də bütün dünyanın yaddaşında iz buraxan hadisələrlə zəngin olur. 

Hit.az bildirir ki, 22 yanvar da məhz belə günlərdən sırasındadır. 

Bu tarix Azərbaycanda və dünya tarixində də mühüm siyasi, mədəni və elmi hadisələrlə baş verib. Tarixdə bu günündə də bir çox tanınmış şəxs doğulub, bəziləri isə dünyadan köçüb. Qısacası, bu günün tarixdə tutduğu yeri bir daha xatırlayaq...

22 yanvar nələrlə yadda qalıb?

Gözəl bir məlumatla başlayaq: 2006-cı ildə “Neftçi” Moskvada Birlik Kubokunun qalibi olub. Bundan başqa, 1972-ci ilin eyni günündə Moskvada Nazim Əliverdibəyovun “Muğam” baletinin premyerası keçirilib.


Dünyada isə 1963-cü ildə Fransa və Qərbi Almaniya arasında əməkdaşlıq haqqında Yelisey Müqaviləsi imzalanıb. 1973-cü ilin bu günü ABŞ-də abort etmək qanuniləşdirilib. 2009-cu ildə isə Evo Morales Boliviyanın ilk yerli xalqı əsilli prezidenti olaraq tarixə düşüb. 

22 yanvarda doğulanlar:
1950-ci ildə Milli Qəhrəman Fəxrəddin Şahbazov, 1944-cü ildə Xalq artisti Hacı İsmayılov, 1956-cı ildə heykəltaraş Azad Əliyev, 1892-ci ildə boyakar Bəhruz Kəngərli, 1893-cü ildə maarifçi Böyükağa Mirsalayev dünyaya gəlib.

Dünyada isə 1788-ci ildə ingilis şair Corc Bayron, 1891-ci ildə italiyalı filosof Antonio Qramşi, 1898-ci ildə rus rejissor Sergey Eyzenşteyn və 1993-cü ildə israilli müğənni Netta Barzilay doğulub.

22 yanvarda vəfat edənlər:
1901-ci ildə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının kraliçası Viktoriya, 1922-ci ildə Roma papası XV Benedikt, 1973-cü ildə ABŞ prezidenti Lindon Conson, 1989-cu ildə macar şair Şandor Vöröş, 1993-cü ildə yapon yazıçı Kobo Abe və 1994-cü ildə fransız aktyor Jan Lui Barro vəfat edib.

Pərviz

Seçilən
0
hit.az

1Mənbələr