Baki. Trend:
Yaxın zamanda Qafqaz regionunda ilk dəfə Azərbaycanda robotikcərrahiyyə əməliyyatı ilə böyrək transplantasiyasının icra olunmasıplanlaşdırılır.
Trend xəbərverir ki, bunu Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri,Yeni Klinikanın direktor müavini Eldar Əhmədov Yeni Klinikada ilkdəfə icra olunan robotik cərrahi əməliyyata dair brifinqdəjurnalistlərin suallarını cavablayarkən deyib.
Onun sözlərinə görə, böyrək köçürülməsi əməliyyatının icrasıüçün texniki bazadan başqa onu həyata keçirəcək mütəxəssisintəcrübəsi və lisenziya ala bilmək əsasdır:
“Təcrübəli mütəxəssisi tapıb lisenziya aldıqdan sonra böyrəkköçürmə əməliyyatı Yeni Klinikada da həyata keçiriləcək. Artıqbunun üçün avadanlıq və texnikalar sifariş verilib, ölkəyəgətirilir. Bu isə ən uzağı 2-3 ay çəkəcək".
E. Əhmədov qeyd edib ki, orqan transplantasiya əməliyyatlarıüçün robotik cərrahiyə əməliyyatı çox doğru seçimdir. Çünki buradaqan itkisi minimuma endirilir, risk azaldılır.
Qeyd edək ki, bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahiəməliyyatın icra olunub. Bu əməliyyət TƏBİB tabeli tibbmüəssisələrində ilk dəfədir icra edilir.