AZ

ABŞ Qrenlandiyaya hərbi müdaxilə edərsə, Rusiya Kırıma və Çin də Tayvana qarşı eyni yol u izləyə bilər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək Qrenlandiyaya nəzarət ideyasını bir daha gündəmə gətirib. Vaşinqton hesab edir ki, Arktikada artan geosiyasi rəqabət fonunda Qrenlandiya ABŞ üçün strateji əhəmiyyət kəsb edir və adaya nəzarət Rusiya və Çinin regionda güclənməsinin qarşısını almaq üçün çox vacibdir.

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ üçün uzun müddətdir ki, mövcud olan təhlükəsizlik məsələsi hesab etdiyi Qrenlandiya məsələsi hər zaman ciddi şəkildə aktual olub: “Bu, önəmli məsələdir. Ancaq ABŞ bunu fərqli formada edə bilərdi. Çünki Danimarka onun müttəfiqidir, NATO-nun üzvüdür və ABŞ ilə yaxın müttəfiqlik münasibətlərinə malikdir. Yəni Amerika Birləşmiş Ştatları Danimarkadan bu ərazini tələb edərək, Qrenlandiyada öz təhlükəsizliyini təmin edə bilərdi”.

Zeynal Əmrəliyev

Zeynal Əmrəliyev vurğulayıb ki, son zamanlarda Rusiya və Çin Şimal qütbündə çox fəallaşıblar, bu məsələyə görə ABŞ-ni başa düşmək olar.

“Qrenlandiyanın çox güclü enerji mənbələri, yeraltı sərvətləri var. Amma bu davranış ABŞ-nin həmin sərvətləri də keçirmək planı ilə bağlıdır. Yəni Donald Trampın bu əraziyə "göz dikməsi"nin əsas amili, məhz bu məsələ ilə bağlıdır.

Əslində Qrenlandiyanın üstünə çox gedilməsi Rusiyaya çox sərf edir. Bununla da, Putin faktiki olaraq "Qərb bloku"nun parçalanmasını seyr edir. Əgər ABŞ Qrenlandiyaya hərbi müdaxilə edəcəksə, bu da açıq şəkildə NATO-nun parçalanması deməkdir.

Eyni zamanda bu siyasi gediş, Rusiyanın Ukraynada işğalın legitimləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də, Krım məsələsi ilə bağlı Rusiyanın lehinə işləyir və gələcəkdə eyni eskalasiyanı Çin də Tayvanda həyata keçirə bilər. Yəni bu, Çinin də əl-qolunun açılmasına zəmin yaradacaq bir hadisədir”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr