AZ

Hamı Makronun taxdığı bu eynəyi alır - Rekord satış

Fransa prezidenti Emmanuel Makronun son günlər "məşhurlaşan" eynəyi, istehsalçının səhmlərinə 4 milyon dollar qazandırıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, Fransanın eynək brendi "Henry Jullien"ə məxsus 770 dollar dəyərində olan eynəyin satışında 2 gün ərzində yüksək səviyyədə artım olub.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumuna tünd eynək taxaraq gəlib. E.Makron çıxışı zamanı bu aksessuarın səbəbini izah etməsə də, Fransa mətbuatı bunu onun sağlamlığı ilə əlaqələndirib.

Seçilən
26
publika.az

1Mənbələr