Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərininiştirakı ilə Qaraqurtlu kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxilolan Qaraqurtlu, Qaraçı, Hacıqurbanoba, Çığatay, Gülalan, Çaxmaqlı,Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə şəhid Tərlan Məhərrəmovun büstüönünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsiniehtiramla yad ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzimüraciətlərin həlli istiqamətində görülən işlərə görətəşəkkürlərini bildiriblər. Həmçinin su və kanalizasiya xəttininçəkilməsi, örüş üçün torpaq sahəsinin ayrılması ilə bağlımüraciətlər səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarverib. Bir çox müraciətlər yerindəcə həll olunub.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.