AZ

Bakıda su və kanalizasiya problemləri – Ekspertdən ÖNƏMLİ AÇIQLAMA

Azərbaycan, xüsusilə Bakı və Abşeron yarımadası üçün nəzərdə tutulan yeni Dövlət Proqramı, 10 illik müddətdə su-kanalizasiya sistemlərinin idarə olunmasını, itkilərin azaldılmasını, infrastrukturun yenilənməsini və Azərbaycanda ilk dəfə olaraq dəniz suyunun duzsuzlaşdırılması qurğusunun quraşdırılmasını əhatə edir. Bu, su təminatını yaxşılaşdırmaqla yanaşı, ölkənin strateji təhlükəsizliyini təmin etməyə xidmət göstərir.

Layihənin 2027-ci ildə yekunlaşması, 2028-ci ildə işə salınması gözlənilir.

Bu layihələr işə salınsa, Bakıda su kanalizasiya sisteminin, tullantı sisteminin idarə olunması və təkrar istifadəsi mümkün olacaq, çox mühüm layihələrin həyata keçirilməsi təqdirəlayiqdir və ölkə prezidenti də bu barədə öz fikirlərini bildirdi. Bu, bir çox problemin həll olunmasına yardımçı olacaq. İkinci ən böyük layihə Sumqayıtda tikilən zavoddur ki, suyun utilizasiyası həyata keçirilir və bu zaman su duzsuzlaşdırılır. Xəzər dənizində suyun duzluluq həcmi var, bu 11 faiz promildir, təxminən 1,2-1,4 faiz həcmində duz var. Eyni zamanda suyun digər minerallardan təmizlənməsi və sonradan təkrar istifadəsi həyata keçiriləcək. Bu da mühüm layihədir, müəyyən qədər su istehlakının vəziyyətini yaxşılaşdıracaq

Məsələ haqda NOCOMMENT.az-a danışan iqlimşünas Cavid Hüseynov bildirib ki, su-kanalizasiya sistemlərinin idarə olunması və duzsuzlaşdırma qurğusu ilə bağlı qəbul ediləcək proqram mövcud vəziyyət üçün çox əhəmiyyətli ola bilər:

“Hazırda, xüsusilə Bakı və ətraf yaşayış məntəqələrində istismar müddətini bitirmiş, köhnə kanalizasiya xətlərinin mövcudluğu, yağış sularının məişət kanalizasiyası ilə qarışması, nasos stansiyalarının və kollektorların çatışmazlığı səbəbindən güclü yağışlar zamanı tunellərdə, yeraltı keçidlərdə, küçə və həyətlərdə subasmalar baş verir. Qəbul ediləcək proqram strateji baxımdan çox zəruridir

Lakin təkcə texniki layihə kimi yox, ekoloji, iqtisadi və idarəetmə aspektləri ilə birlikdə həyata keçirilməlidir”.

“Əgər müasir texnologiyalar tətbiq olunsa, mərhələli və şəffaf icra aparılsa, həm Bakı, həm də regionlar əhatə olunsa, bu proqram ölkənin su təhlükəsizliyi və şəhər dayanıqlığı üçün əhəmiyyətli dərəcədə xeyirli ola bilər. Proqram çərçivəsində yağış suları üçün ayrı drenaj sistemlərinin qurulması, köhnə xətlərin yenilənməsi, ağıllı idarəetmə və monitorinq sistemlərinin tətbiqi bu problemləri kökündən həll etmək potensialına malikdir. Bu tip proqramların uğuru təkcə tikinti ilə yox, idarəetmə modeli (vahid və şəffaf idarəetmə, məsul qurumlar arasında səlahiyyət bölgüsü, texniki xidmətin davamlılığı, ictimai nəzarət və s.) ilə ölçülür. Əgər idarəetmə düzgün qurulmasa, ən müasir sistemlər belə qısa müddətdə effektivliyini itirə bilər”, – ekspert vurğulayıb.

Tunar

Seçilən
26
nocomment.az

1Mənbələr