Abşeronda yanğın hadisəsi ölümə səbəb olub.
"Report"un yerli bürosu məlumat verir ki,Masazır qəsəbəsi, Abşeron küçəsində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Yanğın zamanı evin içərisində olan ev sahibi, 46 yaşlı Nigar Eminbəyli yanaraq həyatını itirib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
MƏLUMAT YENİLƏNİR