AZ

Avtobus və taksiyaya tələbat yüksəlir - QHT sədrindən AÇIQLAMA

"Bakıda və ölkə üzrə ictimai nəqliyyat istifadəçilərinin sayı artmaqdadır. Metro sərnişinlərinin azalması fonunda avtobus və taksi xidmətlərinə tələbat yüksəlib. Yeni, komfortlu avtobuslar, genişlənmiş marşrut şəbəkəsi və kondisionerlərin olması sərnişinlərin diqqətini cəlb edir".

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, regionlarda da “BakuBus” MMC-nin fəaliyyəti və yeni marşrutlar ictimai nəqliyyatın keyfiyyətini artırıb:

"Rəqəmsal taksi platformaları və sektorun tənzimlənməsi qeyri-rəsmi daşımaların qarşısını alaraq rəsmi statistikanı yüksəldib. Qarabağ bölgəsinə səfərlərin artması da nəqliyyata tələbatı artırır. Sərnişindaşımanın keyfiyyətinin yüksəlməsi metrodan avtobusa yönəlməni izah edir. Eko-avtobuslar və Naxçıvanda parkın yenilənməsi əlavə üstünlük təmin edir. Yol tıxacları artımı tək səbəb deyil, statistik ölçümlər də daha dəqiq aparılır".

Seçilən
24
qht.az

1Mənbələr