AZ

Uzaqdan idarəetmə ilə cərrahi əməliyyatlar İCRA EDİLƏCƏK

Ajans.az xəbər verir ki, bu haqda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov keçirilən brifinqdə qeyd edib.  O bildirib ki,  bu əməliyyatları xaricdə yüksək təhsil almış şəxslər həyata keçirəcək. Bu da pasiyentlərə təhlükəsiz xidmətin effektivliyini artıracaq. Həmçinin, müasir müalicə imkanları artacaq. 

Vüqar Qurbanov onu da qeyd edib ki, robotik sistem heç bir qərar vermir. Qərarlar həkim tərəfindən qəbul olunur. Ən əsası isə əməliyyatı icra edən həkimin pasiyentin yaşadığı bölgədə olmağına ehtiyac yoxdur. Həkim Bakıda olmaqla, robot özü lazımi əməliyyatı icra edə bilir.

Seçilən
97
Ajans.az

1Mənbələr