AZ

Tramp ABŞ-də növbəti “şatdaunun” baş verə biləcəyini xəbərdar edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Demokratik partiyadan olan konqresnümayəndələrinin ucbatından ölkədə növbəti şatdaunun (ABŞhökumətinin bağlanması - Konqres və Prezident federal büdcəxərcləri barədə razılığa gələ bilmədikdə baş verən vəziyyət-red)baş verə biləcəyini xəbərdar edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business”telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, bizim problemimiz var, çünki böyük ehtimalla,sonunda yenidən demokratların ucbatından “şatdaun”a çıxacağıq,çünki bu, yeganə yoldur, başa düşürsünüz? Hökumətin işinindayandırılması bizə baha başa gəldi və mən düşünürəm ki, onlar bunuyenidən edə bilərlər. Bu ürəyimə danıb”, – deyə Tramp bildirib.

O qeyd edib ki, əvvəlki bağlanma ölkənin iqtisadigöstəricilərinə mənfi təsir göstərib və onlara daha yüksəknəticələr əldə etməyə imkan verməyib.

Xatırladaq ki, ölkə tarixində ən uzunmüddətli şatdaunu ötən ilinnoyabrında konqresin qəbul etdiyi müvafiq qətnamə sayəsində başaçatıb. Konqresin hər iki palatası tərəfindən təsdiqlənmiş sənəd2026-cı il yanvarın 30-dək maliyyələşməni təmin edir və 43 günlükfasilədən sonra federal qurumların fəaliyyətinin bərpasına imkanyaratdı.

Məqalədə:
Seçilən
174
3
az.trend.az

4Mənbələr