AZ

Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qərəzinin kökündə nə dayanır? VİDEO

Bakı, 22 yanvar, AZƏRTAC

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibəti uzun illərdir ki, davam edir. Azərbaycan Avropa İttifaqının üzv ölkələri ilə yüksəksəviyyəli münasibətlərə malikdir və İttifaqa daxil olan 10 ölkəyə təbii qaz ixrac edir. Lakin təşkilatın müxtəlif strukturlarında mütəmadi olaraq ölkəmizə qarşı əsassız ittihamlar və birtərəfli fikirlər səsləndirilir. Ekspertlərin fikrincə, Avropa Parlamenti demokratik təsisat olmaqdan çıxaraq, müxtəlif dairələrin əlində siyasi təzyiq alətinə çevrilib. Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlardan, həmçinin regionda formalaşdırdığı yeni geosiyasi reallıqlardan ciddi şəkildə narahat olan bu dairələr avropalı parlamentarilərdən istifadə edərək ölkəmizə qarşı təzyiqləri artırmağa, qarayaxma kampaniyasını daha da genişləndirməyə çalışırlar.

Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.

Seçilən
50
1
azertag.az

2Mənbələr