AZ

Komitə sədri Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb

Bakı, 22 yanvar, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri B.Muradova uşaqların ictimai fəaliyyətə cəlb edilməsi və uşaq hüquqlarının qorunması baxımından layihənin əhəmiyyətindən danışıb. Uşaq Səfirlər Məclisinin şəxsi inkişaf və özünü kəşf etmək baxımından mühüm platforma olduğunu bildirib. Məclisə seçilən uşaqları təbrik edərək onlara uğurlar arzulayıb.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verib və 8 nəfərin müsahibədən uğurla keçdiyini bildirib.

Uşaq səfirlər bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, özləri haqqında məlumat veriblər.

Sonda yeni seçilən səfirlərə üzvlük vəsiqələri təqdim olunub.

Seçilən
79
1
azertag.az

2Mənbələr