AZ

Acun Medya şirkətinin baş koordinatoru Esat Yontunç hava limanında SAXLANILDI

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Türkiyədə narkotik istintaqı çərçivəsində "Acun Medya" şirkətinin baş koordinatoru Esat Yontunç saxlanılıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Esat Yontunç hava limanında saxlanılıb.

Qeyd edək ki, daha əvvəl narkotik istintaqı çərçivəsində onun saxlanılması ilə bağlı qərar çıxarılmışdı.

Esat Yontunç isə sosial şəbəkə hesabında verdiyi açıqlamada özünü təqsirsiz hesab etdiyini bildirmişdi:

"Həyatım boyu bu məsələlərlə hər hansı əlaqəm olmayıb. Alnım ağdır, mən özümə əminəm, ilk təyyarə ilə ölkəmə qayıdacağam".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
oxu.az

1Mənbələr