AZ

"Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olundu

"Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

Fanat.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.

39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə "5 ay + 1 il" müddətini əhatə edən müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilər korpusunda Y.Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.

Seçilən
11
fanat.az

1Mənbələr