Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, insan haqları fəallarının təxmin etdiyi rəqəmin təxminən yarısıdır. Müşahidəçilər bundan iki dəfə çox insanın rejim qüvvələri tərəfindən öldürüldüyünü bildirirlər.
İran Daxili İşlər Nazirliyinin rəsmi açıqlamaya görə, ölən 3117 nəfərdən 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələrinin üzvləri olub. Euronews xəbər verir ki, qalan itkilər barədə məlumat açıqlanmayıb.
ABŞ-də fəaliyyət göstərən HRANA agentliyi ölənlərin ən azı 4902 nəfər olduğunu bildirir. "Röyters" agentliyinin İran hökumətindəki mənbəyi 18 yanvarda tölənlərin sayının 5000 olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31