AZ

Burkina Fasodasilahlı qruplaşma 11 polisi öldürdü

Bakı. Trend:

Burkina Fasonun şərqində qeyri-qanuni silahlı qruplaşmanınhücumu nəticəsində azı 11 polis ölüb.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, yüzlərlə yaraqlının ölkənin Qourma əyalətininBalqa rayonunda asayiş nəzarətçilərinə hücumu 7 polisin ölümü ilənəticələnib. Digər 4 qanun keşikçisi isə aldığı xəsarətlərdənxəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Afrikanın Sahel bölgəsində yerləşən Burkina Faso2015-ci ildən vaxtaşırı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəliolan silahlı qruplaşmaların hücumları ilə üzləşir.

Məqalədə:
Seçilən
86
az.trend.az

1Mənbələr