AZ

İki ay “dincələcək”

“Bayer-04”ün qapıçısı Mark Flekken sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı niderlandlı futbolçu bundesliqada “Hoffenhaym”a qarşı keçirilən və 0:1 hesabı ilə uduzduqları matçda zədələnib.

Tibbi müayinənin nəticələrinə əsasən futbolçunun sağ dizinin yan bağlarında yırtıq aşkarlanıb. Bu səbəbdən təcrübəli qapıçının təxminən 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xatırladaq ki, Mark cari mövsümdə bütün turnirlərdə 26 oyun keçirib, qapısından 39 top buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.

Seçilən
44
1
football-plus.az

2Mənbələr