AZ

Bu şəxslər əlavə təhsilhaqqını özləri ödəyəcəklərVİDEO

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin yalnız ölkədaxili təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Halbuki bu, həm də xaricdə təhsil alan tələbələrə də aid idi.

Xezerxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişli olacaq və onların əlavə təhsilinə dövlət büdcəsindən vəsait ayrılmayacaq. Bunun üçün onlar xaricdə təhsil üzrə dövlət proqramına müraciət etməlidirlər.

Komitə iclasında millət vəkilləri tərəfindən orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması da təklif olunub.

Deputatlar həmçinin xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsini təklif ediblər.

Deputat Fariz İsmayılzadə bildirib ki, dövlət proqramı ilə xaricdə təhsil alıb ölkəyə qayıdan gənclərin harada işləməsi, hansı sektorlarda fəaliyyət göstərməsi, ölkənin inkişafına necə töhfə verməsi ciddi təhlil olunmalıdır.

Qeyd edək ki, hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
9
1
xezerxeber.az

2Mənbələr