Abşeron rayonu, Masazır qəsəbəsində yanğın olub.
KONKRET.az xəbər verir ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Qeyd edilib ki, yanğının yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb. Bir nəfərin meyiti çıxarılaraq təhvil verilib.