AZ

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, bu ada “Real”ın hücumçusu Vinisius Junior layiq görülüb.

Braziliyalı futbolçu Fransanın “Monako” komandasına qarşı keçirilən və 6:1 hesabı ilə yekunlaşan qarşılaşmada parlaq performansla yadda qalıb.

Qeyd edək ki, futbolçu səsvermədə Robert Navarro (“Atletik Bilbao”, İspaniya), Fermin Lopes (“Barselona”, İspaniya) və Luis Suaresi (“Sportinq”, Portuqaliya) qabaqlayıb.

Seçilən
131
5
unikal.az

10Mənbələr