AZ

Qalatasaray” ilk “bombanı partlatdı” -

Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsi dövründə ilk transferini reallaşdırmaq üzrədir. İstanbul təmsilçisi “Napoli”nin ulduzu Noa Langla anlaşıb. Təcrübəli futbolçunun yaxın günlərdə İstanbulda olacağı bildirilir. Metbuat.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb. Jurnalist “Qalatasaray”ın Noa Lang üçün “Napoli”yə 30 milyon avro ödəyəcəyini bildirib. “Tərəflər razılığa gəlib. Noa Lang sabah İstanbulda olacaq. Biz onun tezliklə sarı-qırmızılı formanı geyinəcəyinin şahidi olacağıq”, - jurnalist Fabrizio Romano yazıb. 26 yaşlı cinah oyunçusu Türkiyə klubundan ildə 4 milyon avro maaş alacaq.

Qeyd edək ki, Noa Lang “Napoli”nin heyətində 26 oyuna çıxıb. O, 1 qol vurub və 2 qolun ötürməsini verib.

Seçilən
34
metbuat.az

1Mənbələr