AZ

Erməni keşiş Paşinyanı şeytan adlandırdı

Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Qugark yeparxiyasının rəhbəri, arxiyepiskop Ovnan Akopyan Paşinyan iqtidarına qarşı sərt açıqlamalar verib.

Hafta.az xəbər verir ki, o, hakimiyyətin siyasətini açıq şəkildə hədəf alaraq, onu “cinayətkar” adlandırıb.

Arxiyepiskop bildirib ki, keşişlərə qarşı təhdidlər yolverilməzdir və bunu edənlər cinayət törədirlər. Onun sözlərinə görə, hazırkı hakimiyyətin nümayəndələri bu məsələdə məsuliyyət daşıyır və baş verənlər təsadüfi deyil.

Məlumata görə, fevralın 16–19-da Avstriyanın Sankt-Pölten şəhərində bütün ermənilərin katolikosunun təşəbbüsü ilə yepiskopların toplantısı keçiriləcək. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan bu toplantıya getmək istəyən ruhanilərin ölkədən çıxmasına mane olmağa çalışır.

Bu məsələyə münasibət bildirən Ovnan Akopyan hakimiyyəti sərt şəkildə tənqid edib və onların belə addımlar atmasının onu təəccübləndirmədiyini söyləyib. O, ruhanilərə qarşı təzyiqləri “cinayətkar davranış” kimi qiymətləndirib.

Revanşist mövqeyi ilə seçilən arxiyepiskop çıxışında dini ritorikaya da yer verərək, kilsənin bu “sınaqlardan” qalib çıxacağını iddia edib və Paşinyanı “şeytanla” müqayisə edib.

Ekspertlərin fikrincə, bu açıqlamalar Ermənistan daxilində kilsə ilə hakimiyyət arasında gərginliyin daha da dərinləşdiyini göstərir. Son dövrlər revanşist mövqedə dayanan bəzi din xadimlərinin siyasi proseslərə açıq şəkildə müdaxilə etməsi ölkədə yeni qarşıdurmaların yaranmasına səbəb olur./musavat/

Seçilən
82
hafta.az

1Mənbələr