AZ

Kəndlilərə, fermerlərə öz torpağında sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır - Azər Badamov

Bakı. Trend:

Qəbul etdiyimiz qanunlar insanların həyat şəraitiniyaxşılaşdırmalı, ölkənin inkişafına xidmət etməlidir. Amma bəziqanunlar insanlar üçün müəyyən məhdudiyyətlər, çətinlikləryaradır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü AzərBadamov komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, cəmiyyətdə müzakirə olunanmövzulardan biri əhalinin regionlardan paytaxta axını iləbağlıdır:

“Bunun qarşısını necə almaq olar? Bu da cəmiyyətdə müzakirəolunur. Düzdür, paytaxtın əhalisi çoxalır. Bu da tıxaclarla, sosialinfrastrukturla bağlı problemlər yaradır. Şəhər çox əhaliyəhesablanmadığından belə problemlərin olması mümkündür. Regionlardaninsanların şəhərə axınının qarşısının alınması hamımızıdüşündürməli məsələdir".

Deputat vurğulayıb ki, kənddə yaşayan insanın fəaliyyətitorpaqdadır:

“Kəndlərdə zavodlar, fabriklər tikilmir və həmin kəndlilərə,fermerlərə torpaqda sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır.Özünün mülkiyyəti olan torpaqda istədiyi məhsulun becərilməsi üçün,istədiyi kimi istifadə edilməsi üçün şərait yaradılmalıdır. ​Ammanə baş verir? Torpaq Məcəlləsində, Cinayət Məcəlləsində edilmişdəyişikliklərlə kəndlilərə, fermerlərə özlərinin pay torpaqlarındabitmiş kol-kosdan təmizlənməsi qadağan olunub. Əgər bir fermer vəyaxud kəndli özünün pay torpağını mülkiyyəti hesab edirsə və onunvergisini verirsə, onun üzərində bitmiş kol-kosdan təmizlənməsindədə sərbəstlik verilməlidir ki, o torpaqdan səmərəli istifadə edəbilsin”.

A.Badamov əlavə edib ki, fermerlər, kəndlilər özlərinin paytorpaqlarında, mülkiyyətdə olan digər torpaqlarda özünün şəxsiməqsədləri üçün, kommersiya məqsədləri üçün, tikinti məqsədləriüçün ağaclar əkirlər:

“Fermer və ya kəndli öz torpağında, pay torpağında əkdiyi ağacaqulluq edir, xərc qoyur, böyüdür və ağacı kəsmək istəyəndə qanunbuna icazə vermir. Yəni əgər fermer və ya kəndli öz torpağında beləbir sərbəstlik əldə etmirsə, təbii ki, bu məhdudiyyətdir vəkəndlinin o torpaqdan gəlir götürməsini də çətinləşdirir”.

Məqalədə:
Seçilən
86
az.trend.az

1Mənbələr