
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı hər hansı planın real təsiri Amerika Birləşmiş Ştatlarının iştirakı olmadan mümkün deyil. Bu barədə Sky News xəbər yayıb.
Zelenski qeyd edib ki, bu baxımdan ABŞ-ın rolu həlledicidir və Kiyev üçün vacib təhlükəsizlik sənədlərinin icrası yalnız Vaşinqtonla sıx əməkdaşlıq sayəsində mümkün olacaq.
O, həmçinin bildirib ki, Ukrayna, ABŞ və Rusiya rəsmiləri arasında ilk üçtərəfli görüşün keçirilməsi gözlənilir. Bu görüşün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bu gün və sabah — yanvarın 23–24-ü baş tutacağı planlaşdırılır.
Prezidentin sözlərinə görə, bu üçtərəfli dialoq üçün ABŞ və Ukrayna nümayəndə heyətləri hazırdır və görüşlərdə əsas məqsəd Ukrayna münaqişəsində gələcək təhlükəsizlik mexanizmlərini müzakirə etməkdir.
Zelenski həmçinin vurğulayıb ki, yalnız bütün tərəflərin iştirakı ilə qəbul edilmiş təhlükəsizlik zəmanətləri Ukrayna üçün etibarlı olacaq və münaqişənin sülh yolu ilə həllinə xidmət edəcək
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta