AZ

Azərbaycan Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans görüş keçirilib FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

22 yanvar tarixində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və SKAL International Baku Klubunun rəsmi dəstəyi, Trabzon İmperial Xəstəxanasının və Aydın Partners şirkətinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib.Demokrat.az xəbər verir ki, görüş zamanı Trabzon İmperial Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində mövcud imkanlar, əməkdaşlıq perspektivləri və tibbi xidmətlər ətrafında geniş müzakirələr aparılıb.Konfrans çərçivəsində aşağıdakı mövzular diqqət mərkəzində olmuşdur:Ən çox tələb olunan tibbi sahələr, o cümlədən:

Kardiologiya və ürək-damar cərrahiyyəsi

Ortopediya və travmatologiya

Plastik və estetik cərrahiyyə

Onkologiya

Check-up proqramları

Azərbaycanlı pasiyentlər üçün xüsusi müalicə paketləri və təkliflər

Pasiyentlərin qəbul prosesi:

müraciət

diaqnostika

müalicə

reabilitasiya

Qiymət siyasəti və sığorta imkanları

Viza, transfer, yerləşmə və logistika dəstəyi

İki ölkə arasında agentlik və klinik əməkdaşlıq modelləri

Marketinq və birgə tanıtım strategiyaları

Pasiyent məmnuniyyəti, keyfiyyət standartları və beynəlxalq sertifikatlarKonfransın sonunda keçirilən sual-cavab sessiyasında hər iki ərəfinin nümayəndələri aktiv iştirak etmiş, qarşılıqlı fikir mübadiləsi aparılıb.Görüş zamanı 2026-cı ildə beynəlxalq platformalarda birgə iştirak, eləcədə  qarşılıqlı konfransların, seminarların və infoturların keçirilməsi barədə razılıq əldə olunmuş, həmçinin birbaşa Bakı–Trabzon avia xəttinin mövcudluğu və uçuş sayının artırılmasının iki ölkə arasında sağlamlıq və turizm əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi xüsusi olaraq vurğulanıb.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
3
demokrat.az

4Mənbələr