AZ

Elvin Cəfərquliyev rəmzi komandada - ÇL

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunun yekunlarına əsasən rəmzi komanda açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, qitənin ən nüfuzlu turnirinin ən yaxşı 11 futbolçusu arasında "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb.

Xatırladaq ki, Elvin Cəfərquliyev “Qarabağ”ın doğma meydanda Almaniya “Ayntraxt”ını 3:2 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Həftənin rəmzi komandası belə müəyyənləşib:

Qapıçı: Konstantinos Tzolakis (Olimpiakos)

Müdafiəçilər: Elvin Cəfərquliyev (Qarabağ), Vircil van Dayk (Liverpul”), Pedro Porro (Tottenhem), Costeyn Qundersen (Budo/Qlimt)

Yarımmüdafiəçilər: Xefren Tyuram (Yuventus), Fran Navarro (Braqa), Fermin Lopez (Barselona)

Hücumçular: Vinisius Junior (Real), Simone Gilano (Atletiko), Luis Suarez (Sportinq)

Seçilən
80
2
football-plus.az

3Mənbələr