Krımda on yaşlı qızın ad günündə eskalator onun ayağını “udub”.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Krımda 10 yaşlı Anastasiya ad günündə ticarət mərkəzində bədbəxt hadisə ilə üzləşib. Eskalator azyaşlının ayağını sıxaraq əzib.
Hadisə qız atası və qardaşı ilə birlikdə aşağı düşərkən baş verib. Anastasiya dəmir lövhəyə basdıqda lövhə yerindən oynayıb və onun ayağı mexanizmin içinə keçib. Atası uşağı dartıb çıxarana qədər metal hissələr qızın ayağını kəsib.
Uşaq bir ay xəstəxanada yatıb, bir neçə həftə yalnız əlil arabasında hərəkət edə bilib. Onun ayağında böyük çapıq qalıb.
Ticarət mərkəzinin rəhbərliyi əvvəlcə ziyanı ödəyəcəyinə söz versə də, daha sonra günahı qızın üzərinə atıb.
İstintaq Komitəsi ilkin mərhələdə cinayət tərkibi tapmasa da, valideynlərin prokurorluğa müraciətindən sonra faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az