AZ

Yol qəzaları iki nəfərin ölümünə səbəb olduVİDEO

Bakıda 19 yaşlı gənc kuryer Ramal Səfərli qəzada dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Hadisə şahidləri bildirirlər ki, Ramal Səfərli həmin vaxt sifarişi çatdırmaq üçün gedirmiş. Zərbənin təsirindən onun üzü tanınmaz hala düşüb.

Paytaxtda digər ağır yol nəqliyyat hadisəsi Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə səhər saat 7 radələrində baş verib.

4 zolaqlı yolu müəyyən edilməmiş yerdən keçmək istəyən Nuridə Vəliyevanı maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisindən bildirilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib. Yollarda faciələrin yaşanmamasına görə sürücü və piyadalar diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər.

Baş vermiş qəzalarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
107
xezerxeber.az

1Mənbələr