AZ

Futzal üzrə Azərbaycan millisi Danimarkaya uduzub

Bakı. Trend:

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunukeçirib.

Trend xəbər verirki, yeni ildə ilk matçına çıxan komanda Bakı İdman SarayındaDanimarka yığmasını qəbul edib.

Görüşün 5-ci dəqiqəsində qonaqlardan Rasmus Filipsen hesabıaçıb. İlk hissə Danimarka millisinin minimal üstünlüyü ilə başaçatıb.

İkinci hissədə, 27-ci dəqiqədə Nihad İsmayılov Azərbaycanmillisinin heyətində fərqlənərək hesabı bərabərləşdirib. Lakin32-ci dəqiqədə Kasper Rasmussen, 37-ci dəqiqədə Hans Riken və 40-cıdəqiqədə Niklas Fuhs-Kristiansen fərqlənərək Danimarka yığmasınınqələbəsini təmin ediblər – 1:4.

Qarşılaşma Danimarka millisinin qələbəsi ilə yekunlaşıb.Komandalar arasında növbəti yoldaşlıq oyunu yanvarın 24-də, saat16:00-da Bakı İdman Sarayında keçiriləcək.

Seçilən
98
1
az.trend.az

2Mənbələr