AZ

TƏCİLİ! İsrail Hərbi Hava Qüvvələri döyüş HAZIRLIĞI vəziyyətinə gətirildi – İran bu gecə VURULACAQ?

İranla münasibətlərdə artan gərginlik fonunda İsrail Hərbi Hava Qüvvələri (HHQ) tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə İsrail HHQ-nin komandanı Bar hava hücumundan müdafiə batareyəsinə səfəri zamanı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, komandan bildirib ki, İsrail aviasiyası istənilən ssenariyə hazırdır və yüksək hücum potensialına malikdir. Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri düşmənin dərinliklərində fəaliyyət göstərməyə imkan verən ölümcül hücum gücünə sahibdir.

“İsrail Hərbi Hava Qüvvələri tam hazırlıqlı vəziyyətdədir, ayıq-sayıqdir və hərəkətə keçməyə hazırdır. Bu unikal və mühüm sistem fasiləsiz işləyir — sutkada 24 saat, ildə 365 gün dayanmaq bilmir”, – deyə Bar vurğulayıb.

Qeyd olunur ki, bölgədə artan gərginlik fonunda İsrail təhlükəsizlik strukturları mümkün risklərə qarşı nəzarəti daha da gücləndirib.

Aliyə

Seçilən
20
nocomment.az

1Mənbələr