AZ

"Qarabağ"ın pley-offa vəsiqə şansı açıqlandı -

"Qarabağ" futbol klubu ötən gün ""Ayntraxt Frankfurt" komandası üzərindəki qələbədən sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq ehtimalını artırıb. Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Liqa mərhələsinin yeddi turundan sonra 10 xal toplamağı bacararaq 18-ci pillədə yer tutub."Qarabağ"ın "Liverpul" səfərindən qazanacağı xal onları pley-off mərhələsinə yüksəldir. Məğlub olacağı təqdirdə isə pley-off mərhələsinə yüksəlmək şansı rəqiblərin oyunlarının nəticəsindən asılı olacaq.Liqa mərhələsində "Qarabağ"a çatmaq ehtimalı olan komandalardan "Marsel", "Monako" və "Bayer Leverkuzen"in 9 xalı var."Bayer Leverkuzen" son turda "Vilyarreal"la üz-üzə gələcək. İspaniya təmsilçisinin heç bir iddiası olmadığına görə, bu oyunda almanların qələbə qazanma ehtimalı daha çoxdur."Monako" klubu isə Çempionlar Liqasında 1/8 finala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Yuventus"la qarşılaşacaq ki, bu da onların işini çətinə salır."Marsel" isə aktivində 7 xalı olan "Brügge" komandası ilə qarşılaşacaq. Bu matçda qeydə alınacaq istənilən nəticə bu 2 komandadan birini "rəqib" siyahımızdan silir.Aktivində 8 xalı olan PSV, "Atletik Bilbao", "Olimpiakos", "Napoli", "Kopenhagen" komandaları da "real təhlükə" olaraq qəbul oluna bilər.Belə ki, PSV bu turda Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmış "Bavariya" komandası ilə qarşılaşır. "Bavariya" üçün bu matç formal xarakter daşısa da, almanların Liqa mərhələsini məğlub başa vuracağı real görünmür."Atletik Bilbao" klubu öz meydanında "Sportinq"i qəbul edəcək. "Sportinq" klubunun aktivində 13 xal var və komandanın 1/8 final mərhələsinə yüksəlmək üçün qələbə qazanması vacibdir."Olimpiakos" turnirdə qeyri-stabil çıxış edən "Ayaks" komandası ilə üz-üzə gələcək. "Ayaks"ın son iki turda qalib gəldiyini nəzərə alsaq, bu oyunun yunanlar üçün çətin keçəcəyini gözləmək olar."Napoli" İtaliyada "Çelsi" ilə münasibətlərinə aydınlıq gətirəcək ki, bu oyun da hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. "Napoli" pley-off üçün yarışsa da, "Çelsi"nin də birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanması üçün qələbəyə ehtiyacı var."Kopenhagen" klubu isə pley-off-a vəsiqə üçün "Barselona"nı səfərdə məğlub etməlidir. Lakin "Barselona"nın da digər rəqibləri kimi 1/8 final mərhələsinə vəsiqə üçün qələbədən başqa şansı yoxdur.

Bütün bu ehtimalları nəzərə alaraq tanınmış "Football Meets Data" futbol statistikası saytı da təmsilçimizin şansını çox yüksək qiymətləndirir. Onların hesablamalarına görə, "Qarabağ"ın pley-offa yüksəlmə şansı 99.5%-dir.

Seçilən
19
metbuat.az

1Mənbələr