Yanvarın 21-də Rusiyanın Krasnodar diyarının sahil infrastrukturuna hücum edilib.
Bu barədə bölgənin qubernatoru Veniamin Kondratyev Telegram-da bildirib. “Bu axşam Temryuk rayonunun Volna kəndindəki liman terminallarına hücum edilib. İlkin məlumata görə, şirkətdə iki işçi həlak olub, bir neçə nəfər yaralanıb. Terminallarda yanğın baş verib və dörd neft anbarı yanıb”, – deyə o yazıb.
Qubernator Krasnodar diyarına dronlar və ya raketlərlə hücum edilib-edilmədiyini dəqiqləşdirməyib. O, həmçinin hava hücumundan müdafiə sistemlərinin işləməsindən də bəhs etməyib. Kondratyev qeyd edib ki, bölgə ikinci gündür ki, “düşmən rejiminin kütləvi hücumuna” məruz qalır.
//Samir Qurbanov, Editor.az