“Barselona”nın futbolçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.
Paralel.az xəbər verir ki, MLS klubları polşalı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. MLS-də adı açıqlanmayan iki klub Levandovskini heyətinə qatmaq istəyir.
“Barselona” ilə müqaviləsi mövsümün sonuna kimi olan forvard hələ qərarını verməyib.
37 yaşlı futbolçu bu mövsüm 32 oyunda 11 qol vurub.