AZ

ABŞ-də kommersiya neft ehtiyatları artıb

Bakı. Trend:

ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 3,6 milyon barelartaraq 16 yanvar 2026-cı il tarixinə 426 milyon barel təşkiledib.

Trend xəbər verirki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, mövcud ehtiyat səviyyəsi ilin budövrü üçün beş illik orta göstəricidən 2% aşağıdır.

Moskva vaxtı ilə saat 20:00-a olan məlumata əsasən, Londonun ICEbirjasında 2026-cı ilin mart ayı üçün Brent markalı xam neftinfyuçerslərinin qiyməti 1,85% azalaraq bir barel üçün 64,03 dollaradüşüb. WTI markalı xam neftin mart ayı üçün fyuçerslərinin qiymətiisə 2% ucuzlaşaraq bir barel üçün 59,41 dollar təşkil edib.

Seçilən
149
2
az.trend.az

2Mənbələr