AZ

Almaniya Rusiya səfirliyinin işçisini ölkədən çıxarır − Casusluqda şübhəli bilinir


Almaniya Rusiya kəşfiyyat xidmətlərində işləməkdə şübhəli bilinən Rusiya səfirliyinin hərbi attaşe müavinini ölkədən çıxarır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Bildirilib ki, səfirlik əməkdaşı 72 saat ərzində ölkəni tərk etməlidir.
Bununla əlaqədar olaraq, Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlik əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın müvafiq cavab verəcəyinə söz verib.
Alman jurnalistlərinin məlumatına görə, Almaniya səfirlik əməkdaşı Andrey M.-ni Berlində bu yaxınlarda saxlanılan alman-ukraynalı İlona Vienerlə əlaqədar olaraq ölkədən çıxarır. Almaniya hakimiyyəti onun 2023-cü ilin payızından bəri Rusiya kəşfiyyatında işlədiyinə və Andrey M.-nin onun rəhbəri olduğuna inanır. Rusiya səfirliyi öz əməkdaşına qarşı irəli sürülən ittihamları rədd edib.
Seçilən
77
yeniavaz.com

1Mənbələr