AZ

Tokio "zəngin bir koloniyaya" çevrilir

Pritzker Mükafatı laureatı Riken Yamamoto Tokionun inkişafını sərt tənqid edərək şəhərin sakinlər üçün deyil, elita və investorlar üçün “zəngin koloniyaya” çevrildiyini bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, şüşə və poladdan tikilən elit ofislər, butiklər və lüks yaşayış kompleksləri şəhərin insan miqyaslı ruhunu sıradan çıxarır. Böyük Tokioda hündürmərtəbəli “qüllə malikanələrinin” sayı artıb və ofis sahələri sürətlə genişlənir. Yamamoto yeni layihələrin qapalı, varlı anklavlar yaratmasından narahatdır. O, xüsusilə Roppongi və Azabudakı iri Mori Bina komplekslərini tənqid edib. Memar həmkarlarını da layihələrdə yerli icmaları nəzərə almağa çağırıb. Son illər Tokioya dair bu tip yenidənqurmalar artıq cəmiyyətdə narazılıq da doğurur.

 

R.İmanov

Seçilən
18
qht.az

1Mənbələr